Elnur Rəsuloğlu

Qarışıq


 

 

◊ "Gülüm!"

  Şərh göndərin 03.01.2017 02:39

Elnur Rəsuloğlu (Əliyev)           “Gülüm!”   İndi yatmaq vaxtı deyil, Nə yatmısan? Oyan, gülüm! Gözlərinin yaşını sil, Öz rənginə boyan, gülüm!   Tanımadan sol-sağını, Dost bildilər çox yağını. Yaramızın qaysağını Olacaqmı soyan, gülüm?!   Səslər gəlir qazamatdan: “Vicdan üstün varidatdan!” Yerdən, göydən, kainatdan, Görən, varmı doyan, gülüm?!   Çöküb duman, sis günlərə, Ucuzlaşan, mis günlərə. Bizi bu cür pis günlərə, De, kimlərdir qoyan, gülüm?!   Söylədilər sözlərini, Faş etdilər özlərini. Namərdlərin gözlərini Tapılarmı oyan, gülüm?!

Baxış: 4


◊ "Gəlməz, qardaşım!"

  Şərh göndərin 25.09.2016 04:05

Elnur Rəsuloğlu (Əliyev)   “Gəlməz, qardaşım!”   Kənan Aydınoğluna (Murquzova)   Pis fikir beyninə gəlməz, qardaşım! Dar köynək əyninə gəlməz, qardaşım! Yaltaq insanların şirin sözləri Vecinə, eyninə gəlməz, qardaşım!

Baxış: 25


◊ Sonet

  Şərh göndərin 25.09.2016 04:02

Elnur Rəsuloğlu (Əliyev)                    Sonet   Günəşimsən, Aya döndərib məni Atdı “sevgi” adlı fəzaya Tanrı. Sonra ordan geri göndərib məni Məhkum etdi ağır cəzaya Tanrı.   Bu cəza ayrılıq, bu cəza hicran, Nə edim? Buna da dözməliyəm mən. İsti küləkləri qumlar sovuran Səhrada Məcnuntək gəzməliyəm mən.   Ağlamaqla bitir hər günüm mənim, Unutmayacağam olanları mən. Gözdən uzaq keçir sürgünüm mənim, Özümə dost billəm heyvanları mən.   Ayım sona yetər, ilim qurtarar, Məni iztirabdan ölüm qurtarar.

Baxış: 32


◊ "Nurəngiz Günə BİR BƏND ŞEİR"

  Şərh göndərin 14.05.2016 23:16

Elnur Rəsuloğlu (Əliyev)   “Nurəngiz Günə BİR BƏND ŞEİR”   Nəğmələri uçub rahatlanmadan Ətrafa nəvaziş gətirməkdədir. İnamları zəif görünənlərçün Ülfət nəsimini əsdirməkdədir.

Baxış: 49


◊ Bu gün dərsə gəlməmisən

  Şərh göndərin 09.05.2016 08:47

Elnur Rəsuloğlu (Əliyev)   Bu gün dərsə gəlməmisən   Sənin yerin boş qalıbdır, Bu gün dərsə gəlməmisən. Ürəyimi qəm sarıbdır, Bu gün dərsə gəlməmisən.   Ucdan tutub ucuzluğa, Yol gedirik sonsuzluğa. Dözəmmirəm yoxluğuna, Bu gün dərsə gəlməmisən.   İtirmişəm özümü mən, Söhbətimi, sözümü mən. Silləm yaşlı gözümü mən, Bu gün dərsə gəlməmisən.   Yaşamağa yer tapmıram, Bir ölüyəm, gor tapmıram. Yoxsa əlac var, tapmıram? Bu gün dərsə gəlməmisən.

Baxış: 58


◊ Çağırış

  Şərh göndərin 12.04.2016 02:46

Elnur Rəsuloğlu (Əliyev)             Çağırış   Boğazımı mən yaşlarım Qışqırmaqçün: "Cəmləşək biz". Bacılarım, qardaşlarım, Yumruq kimi birləşək biz.   Ana, doğma vətən üçün Azı olaq, çoxu olaq. Azğın, qorxunc düşmən üçün Hədə olaq, qorxu olaq.   Qəlbən sevək yurdumuzu, Azad olsun torpağımız. Dəstəkləyək ordumuzu, Dalğalansın bayrağımız!

Baxış: 61


◊ Telefon söhbəti

  Şərh göndərin 04.04.2016 06:43

     Elnur Rəsuloğlu (Əliyev)                 Telefon söhbəti   Roman oxuyurdum Əbülhəsəndən. “Sədaqət”. Beləydi romanın adı. Açıq-mavi rəngli telefon birdən, Fasilə vermədən hey dınqıldadı. Dəstəyi qaldırıb dönük həvəslə “Nə olub görəsən?” özümdən sordum. Sonra fikirləşib sönük həvəslə Deyindim: “Boş yerə özümü yordum”. Səsini eşitdim iki nəfərin. Qət etdim, bildim ki, yola girmişəm. Birisi çəkərək köksünü dərin Sözə başlamışdı: - Mən bilmirmişəm. Hə, Salman, nə oldu? Söylə ki, nədən Dəstəyi qoydun sən telefon üstə? - Vaqif, yol qarışdı. İncimə məndən. Sağalmamısan heç! Xəstəsən, xəstə! - Təzədən sənə zəng etməli oldum. Çünki söhbətimiz qaldı yarımçıq. Təzədən səni dəng etməli oldum. Bir gün görərsən ki, ölürsən artıq. - Təzədən başlama. Qurtar söhbəti. Mən onu sevmirəm. Mənim qəlbimi Heç kəs ala bilməz. Saxla hörməti. - Necə başlamayım? O cür gül kimi Qızı qaçırtdın sən əldən, ay məzlum! Hələ də qorxursan xəyanət edər? - Bəli, mən qorxuram. Güclüdür qorxum. Qorxuram sevərəm, o atıb gedər. - Daha sözüm yoxdur. Salman, mən axmaq Xəbərin olmadan, sənə demədən Sevgi məktubları yazdım. Sən axmaq Aləmi qatmısan mənə demədən. - Vaqif, sən qatmısan aləmi, mən yox! - Dostluq xatirinə tutdum bu işi. - Sən mənə köməklik çox etmisən, çox! - Dosta kömək etmək könlüm vərdişi. - Onu istəmirəm. Onu sevmirəm. - Sevmirsən, nə olar? Söhbət zamanı Ölərdin deyəndə “səni sevirəm”? - Dilə gətirəydim bu ağ yalanı? Bəziləri kimi bacarmaram mən. Sevməyə-sevməyə yalandan deyəm “Sevirəm”. Gərəkmi sevdirib həmən, Beynini, qəlbini yalanla yeyəm? Bunu etməyimə kim haqq veribdir? - Bəsdir danışdığın filosof kimi. Salman, olan olub, keçən keçibdir. - Düzünü deyirəm, kəsmə sözümü. Bir özün fikirləş. - ... - Niyə susursan? Düz söz acı olub hər vaxt bilirəm. - Sən allah, bağışla! Yaxşı da, Salman, Gəl, bizə. Hələlik! - Oldu. Gəlirəm. Bu söhbət sarsıtdı bütün qəlbimi. Bir qədər səssizcə xəyala daldım. Sonra bu söhbəti olduğu kimi Qələmə almağı qərara aldım.

Baxış: 53


◊ Mənim həyatım

  Şərh göndərin 13.03.2016 01:22


    Elnur Rəsuloğlu (Əliyev)       Mənim həyatım   Aprelin axrıydı, son günləriydi. Hava isti idi, səma tərtəmiz. Günəş göydən yerə od ələyirdi Kədərdən xəbərsiz, qəmdən xəbərsiz.   Mən isə bu zaman tərimi silib Yolda deyinirdim: “Ürək dayanır. Elə bil göylə yer baş-başa verib, Göy kimi od tutub yerlər də yanır.   Hər tərəf yaşıllıq. Yollar boyunca, Gör ağcaqayınlar necə əkilib. Onların altında otrub doyunca, Kölgəsində neçə yolçu dincəlib.   Ağcaqayınların altında yenə Yolçular oturub nəfəsin dərir. Oturmaq ar gəlir bəzilərinə, Ayaq üstə durub nəfəsin dərir.   Danışa bilsəydi, ağcaqayınlar Bizə keçmişlərdən söhbət açardı. Bil, dilə gəlsəydi, ağcaqayınlar Burdan keçmişlərdən söhbət açardı.   Mən bir saatdan da artıq yoldayam, Bitib-tükənməyir uzanan yollar. Döngəni dönürəm, sağ yox, soldayam, Qurtarmaq bilməyir uzanan yollar.   Gör nə qədər yol var qarşıda hələ, Bəli, mən bu yolda daha yolçuyam. Başqası görünmür, nədəndir belə, Yoxsa mən bu yolda tənha yolçuyam?   Hər yerə arxamca kölgəm sürünür, Nədənsə canımı bürüyüb təlaş. Köksümdə ürəyim tez-tez döyünür, Fikirlərim mənə olubdur yoldaş.   Məncə, olsa da düz, əyri-üyrü də, Yollar hey uzanan qollara bənzər. Yer üzündə hər bir insan ömrü də, Sonu bilinməyən yollara bənzər.   Məktəb yollarına ayaq basanda, Elə bil yenidən uşaqlaşıram. Uşaq səslərinə qulaq asanda, Dərdimdən, qəmimdən uzaqlaşıram.   Bir anlığa anıb o illəri mən, Ömür kitabımı varaqlayıram. Məndən sonra gələn nəsilləri mən, Həyat yollarında soraqlayıram.   Bu həyat yolları çətindən çətin, Gərəkdir bu yolda mübariz olmaq. Zəiflik göstərsən, olmasan mətin, Sənin qismətindir qul, kəniz olmaq.   Qulaqları səsdə, gözləri yolda, Vətən torpaqları çağırır bizi. Vətən bir ağacdır, onda bu halda, Qurdlar içimizdən dağıdır bizi.   Hardandır bizlərdə, hardandır yadlıq, Doğma qardaşıma necə “yad” deyim? Kədərli günümdə düzəldib şadlıq, Bayram libasımı mən necə geyim?   Yurddaşlarım köçkün, qaçqın, didərgin, Qarabağdan sürgün ediblər bizi. Danışa bilmirəm, əsəbim gərgin, Öz əllərimizlə didiblər bizi.   Öz əllərimizlə yıxıblar bizi, Nə vaxt bütöv yumruq olacağıq biz? Çoxdandır bir küncə sıxıblar bizi, Axırda vətənsiz qalacağıq biz.   Havanın axını güclənir birdən, Nəğmə deyib əsir isti küləklər. Bir baxın, bir baxın, cənub tərəfdən, Buraya tələsir isti küləklər.   Burda hakim olmuş isti küləklər, Yuxudan oyatdı tozu, torpağı. Əsib cana doymuş isti küləklər, Qaldırıb oynatdı tozu, torpağı.   İsti küləklərin dövrü az oldu, Taca zorla sahib olanlar kimi. İsti küləklərin ömrü az oldu, Şayiələr kimi, yalanlar kimi.   Artıq mənə oxşar otağımdayam, Özüm kimi sadə, çilliçıraqban. Özümə söz verib dedim: “Yazacam, Başıma gələndən, öz həyatımdan”.                                              

Baxış: 66


  Şərhlər (1) 16.11.2009 21:39



Baxış: 736


  Şərhlər (1) 21.10.2009 21:04



Baxış: 737



Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat



Menyu

  ◊   Əsas səhifə
  ◊   Haqqımızda
  ◊   Keçidlər/link
  ◊   Xəbər/Yazı
  ◊   e-Kitabxana
  ◊   Reklam
  ◊   Səsli kitab
  ◊   Əlaqə

Ən çox oxunan bloqlar


İceberg yaziları
ice.kitabxana.net (15128)
GÜLCE EDEBİYAT
gulceedebiyattv.kitabxana.net (14607)
Qorxulu Əhvalatlar
farhadgate.kitabxana.net (13892)
PLATONYA
platonyaadasi.kitabxana.net (8159)
Nəriman
sungurlar.kitabxana.net (4386)


Yazılar / kitablar


Camal Zeynaloğlu: “Cəsur kəşfiyyatçı, igid partizan”. Kitab Böyük Vətən müharibəsi illərində Ukraynada partizan hərəkatında fəal iştirakçısı, istedadlı aktyor, cəsur kəşfiyyatçı Xanlar Babanlının döyüş yollarından bəhs edir.
Müəllif: Camal Zeynaloğlu
Damət Salmanoğlu. "Ömür-gün qatarı" (Şeirlər toplusu). Güney bölgəsində - Masalıda yaşayan cavan müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Damət Salmanoğlu
Gülşən Mustafa. "Kəpənək ömrü" (Şeirlər toplusu). Gənc və istedadlı müəllifin bu ilk kitabında müxtəlif illərdə qələmə aldığı şeirlər toplanıb.
Müəllif: Gülşən Mustafa
Nəriman Həsənzadə. "Seçilmiş əsərləri". Yeddi cildə, VII cild (Müsahibələr. Axtarışlar. Aforizmlər. Tərcümələr. Məktublar). Bu e-kitaba görkəmli xalq şairimizin müxtəlif səpkili əsərləri toplanıb.
Müəllif: Nəriman Həsənzadə